Abşeronda 4 gün əvvəl meyiti tapılan şəxsin qətlə yetirildiyi aşkarlanıb. Bu barədə İnsanoid bu gün, 21 avqust tarixində Baş Prokurorluğa istinadən xəbər verir.
Avqustun 17-də Abşeron rayonunun Masazır kəndində 44 yaşlı Ruslan Məmmədovun yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.
Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 39 yaşlı Stanislav Yakuşevın aralarında yaranmış mübahisə zamanı Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsilə istintaq edilən cinayət işi üzrə Stanislav Yakuşev şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.