Abşeronda evdə oğurluq olub. Bu barədə 15 iyun tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, Hökməli qəsəbəsindəki evlərin birindən 10 000 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Şübhəli bilinən qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ariz Əzimov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.