Abşeronda evdən 8 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə 19 may tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhərindəki evlərin birindən 8 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Cəfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.