Abşeron rayonunda fəhlə ağır yaralanıb. Bu haqda 6 oktyabr tarixində Report.az xəbər yayıb.
Hadisə Güzdək qəsəbəsində baş verib. Daş karxanasında fəhlə işləyən 1980-ci il təvəllüdlü Rövşən Tağıyev ehtiyatsızlıqdan yıxılıb. Kişinin bel fəqərəsi sınıb.
O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.