Abşeron rayonu Xırdalan şəhərinin H.Z.Tağıyev küçəsi və Quşçuluq massivi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.
Bu barədə 3 fevral tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.