Abşeronda sürücü qəza zamanı ağır xəsarət alıb. Bu barədə APA 13 oktyabr tarixində xəbər verib.
Məhəmmədli qəsəbəsinin Mehdi Hüseynzadə küçəsində 24 yaşlı İbadət Mustafayev idarə etdiyi “VAZ 2107” markalı maşınla yolun sərt döngəsində sükana nəzarəti itirib.
İdarəetmədən çıxan “VAZ 2107” eyni istiqamətdə olan “Ford” markalı mikroavtobusa çarpılıb.
Qəza zamanı minik avtomobili deformasiyaya uğrayıb.
Toqquşma zamanı “VAZ 2107”nin sürücüsü İ.Mustafayev ağır bədən xəsarətləri alıb.
Yaralı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.
[caption id="attachment_134543" align="alignnone" width="696"]
Foto APA.az saytı[/caption]