Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi Sahil Abbaslı qəfil vəfat edib. Bu barədə 23 oktyabr tarixində Report məlumat verib.
Mərhumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
ADPU-nun tarix fakültəsinin II kursunda təhsil almış S.Abbaslı İmişli rayonunun Əliqulular kənd sakini olub.