Ağdamda 4 tondan artıq çətənə bitkisi məhv edilib.
Bu barədə 16 iyun tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yabanı halda bitən, çəkisi 4 tondan artıq olan çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.