Sentyabrın 7-də Ağdam rayonu Baharlı – 1 qəsəbə tam orta məktəbi üçün yeni inşa olunan tədris binasının açılış mərasimi keçirilib. Bu barədə 8 sentyabr tarixində Elm və Təhsil Nazirliyi məlumat verib.
432 şagird yerlik məktəbdə 16 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, texnologiya otaqları, hərbi hazırlıq, informatika kabinetləri, idman və akt zalları, kitabxana, yeməkxana, STEAM və inzibati otaqlar yaradılıb.
Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib.