Ağdamda 5 otaqlı ev əşyaları ilə birlikdə yanıb. Bu barədə İnsanoid Trend-ə istinadən bu gün, 5 yanvar tarixində məlumat verir.
Qaradağlı kənd sakini Həmidov Emin Səlahəddin oğluna məxsus evdə baş verən yanğın zamanı ev əşyaları ilə birlikdə 600 manat pul yanaraq külə dönüb.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri gələrək yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıblar.