Hazırda azad edilən ərazidə Qarabağ Universitetinin böyük konsepti hazırlanır. Bu barədə Report 9 oktyabr tarixində xəbər verib.
Elm və təhsil naziri Emin Əmrullayev Bakıda ilk dəfə keçirilən tibb təhsili üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib:
“Ağdamda universitet binası inşa ediləcək. İstərdik ki, orada tibb sahəsi tədris olunsun. Bu sahədə fəaliyyət istiqamətində əməkdaşlığa hazırıq".