Ağdamda tikinti işləri ilə məşğul olan ustanın ehtiyatsızlıqdan aldığı xəsarət nəticəsində 3 barmağı amputasiya olunub. Bu barədə İnsanoid bu gün, 19 avqust tarixində APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Evoğlu kəndində baş verib.
Cəlilabad rayon sakini, 27 yaşlı Elvin İmanov işlətdiyi metalkəsən alətlə ehtiyatsızlıqdan özünə xəsarət yetirib.
O, Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. E.İmanovun sağ əlinin üç barmağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.