Ağdaş rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 5 yanvar tarixində xəbər verir.
Rayonun Əmirarx kəndi ərazisində Əkbər Süleymanovun idarə etdiyi "Mercedes Atego" markalı yük avtomobili qarşısında hərəkətdə olan "KamAZ"a çarpılıb. Nəticədə "Mercedes"də sərnişin qismində olan Bakı şəhər sakini, 48 yaşlı Elşən Qocayev aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.