Ağdaşda dəmir yolundan rels altlıqlarını oğurlayan şəxs saxlanılıb. Bu barədə 22 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdaş rayonunun Qəribli kəndi ərazisindən keçən dəmir yolundan 9 ədəd rels altlığını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Bərxudarov saxlanılıb.
Araşdırma aparılır.