Ağstafada itkin düşən azyaşlı tapılıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün 7 oktyabr tarixində məlumat verir.
Oktyabrın 6-sı axşam saatlarında Ağstafa rayonunun Göycəli kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə 3 yaşlı uşaq itkin düşüb.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xüsusi təlim keçmiş it cəlb olunmaqla axtarış-xilasetmə işlərinə başlanılıb. Fasiləsiz olaraq həyata keçirilmiş axtarış tədbirləri nəticəsində xilasedicilər tərəfindən azyaşlı səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.