Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ağstafa rayonunda etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış içkilər aşkarlayıb.
Bu barədə İnsanoid AQTA-ya istinadən bu gün, 29 noyabr tarixində məlumat verilib.
Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi, 25 ünvanında Rəhim Kərimova məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Bu zaman müəssisədə etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış içkilər aşkarlanıb:
- 109 ədəd saxtalaşdırılmış "Banketnaya" əmtəə nişanlı araq məhsulu;
- 606 ədəd etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış limonad məhsulu;
- 621 ədəd etiket məlumatlarında uyğunsuzluq olan “Pinnochio” əmtəə nişanlı limonad məhsulu.
Məhsullardan götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında yoxlandıqdan sonra müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar inzibati məsuliyyətə cəlb edilib.
Araşdırmalar davam etdirilir.
![]()