Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan xalqını təbrik edib. Bu barədə İnsanoid Aİ Nümayəndəliyinin "Facebook" hesabına istinadən bu gün, 18 oktyabr tarixində xəbər verir.
Paylaşımda deyilir:
"Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Azərbaycana sülh və əmin-amanlıq arzu edirik", paylaşımda qeyd olunub.