Ələtdə dənizdə bir nəfər bataraq ölüb. Bu barədə İnsanoid bu gün, 12 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə avqustun 11-də Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində nəzarətsiz ərazidə qeydə alınıb.
Batan şəxsin axtarışları başa çatıb. Onun meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.