Ermənilərin Şuşa şəhərinin girişində “özlərinin qələbə rəmzi” kimi qoyduqları tank demontaj edilərək Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.
Bu barədə 23 sentyabr tarixində APA xəbər verib.
Hazırda ekspozisiya nümayiş olunması üçün parkda quraşdırılır.
Xatırladaq ki, tank işğalçı qüvvələrin Şuşa şəhərinə hücumu vaxtı şəhərə girməyə çalışan birinci tank olub.
Həmin 442 nömrəli tank Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən vurulub.
Birinci Qarabağ müharibəsindən sonra tank bərpa olunaraq “abidə” kimi şəhərin girişində qoyulub.
[gallery link="file" columns="4" size="full" ids="132123,132124,132122,132120"]