Xalq artisti Əlixan Səmədov Rusiyanın “Rossiya 1” telekanalında aparıcı Andrey Malaxovun təqdimatında yayımlanan “Privet, Andrey” axşam şousunda qonaq olub. Bu barədə İnsanoid bu gün 11 oktyabr tarixində xəbər verir.
Ə. Səmədov bəstəkar Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısını Azərbaycanın milli musiqi aləti balabanda ifa edib.
Daha sonra A. Malaxova balaban hədiyyə edən sənətçi qeyd edib: “Bu, çətin deyil, siz onda ifa edə bilərsiniz”.