Azərbaycan idmançıları yeni ilə rekordla başlayıblar. Bu barədə APA 8 yanvar tarixində məlumat verib.
Anna Yusupova Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubay marafonunda bu uğura imza atıb.
Yusupova məsafəni 2 saat 42 dəqiqə 32 saniyəyə qət edərək, yarışı 12-ci pillədə başa vursa da, bu, qadınlar arasında marafon qaçışı üzrə yeni Azərbaycan rekordu olub.