Müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov yeni vəzifəyə təyin olunub. Bu haqda İnsanoid bu gün, 27 iyul tarixində Qafqazinfo-ya istinadən məlumat verir.
A.Qurbanova müdafiə nazirinin müavini - baş direktor vəzifəsi verilib.
O, bundan əvvəl Prezident İlham Əliyevin 09.12.2022 tarixli Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini, 27.02.2023-cü il tarixdən isə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.