Asiya İnkişaf Bankı (AİB) BƏƏ-nin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) tikintisi üçün 35,7 milyon dollar kredit təklif edir. Bu haqda aprelin 4-də APA xəbər verib.
Layihə bankın 2030-cu il Strategiyasına aid üç prioritetini dəstəkləyir: iqlim dəyişikliyi ilə mübarizə, iqlim və fəlakətlərə davamlılığın yaradılması və ekoloji dayamlılığın yaxşılaşdırılması.
Daha öncə Avropa Yenidənqurma və İnkişaf Bankı da “Qaradağ” GES-nin inşasına 51 milyon dollar kredit ayıracağını açıqlamışdı. Kreditin sözügedən bankın Direktorlar Şurası tərəfindən aprelin 27-si təsdiq edilməsi gözlənilir.
230 meqavat gücündə olan “Qaradağ” Günəş Elektrik Stansiyasının təməli martın 15-də qoyulub. Layihənin dəyəri 200 milyon dollar təşkil edir.