top
Məleykə Abbaszadə: Ötən ilin balına aldanmayın
27 avqust 2026, 14:23
- ↺ +

Məleykə Abbaszadə: "Ötən ilin balına aldanmayın"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"İxtisas seçimi öncəsi dəfələrlə qeyd edirdik ki, ötən ilin keçid balı builki keçid balının göstəricisi və ya təminatı kimi qəbul edilməməlidir. Keçid balı əvvəlcədən müəyyən edilmir. O, konkret ildə həmin ixtisasa neçə nəfərin, hansı nəticələrlə müraciət etməsindən və neçə plan yerinin olmasından asılı olaraq müsabiqənin sonunda formalaşır".

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, ikinci cəhddə başqa ixtisas qrupu üzrə imtahan vermək imkanından istifadə edənlərin sayı azdır: "Burada başqa mühüm bir imkan da var. Artıq uzun illərdir ki, abituriyentlər iki dəfə qəbul imtahanında iştirak edə və müəyyən şərtlər daxilində ikinci cəhddə başqa ixtisas qrupu üzrə imtahan verə bilirlər. Lakin bu imkandan istifadə edənlərin sayı azdır. Birinci nəticə son deyil, amma o, hazırlıq səviyyəsi, güclü və zəif tərəflər barədə ciddi məlumatdır. İkinci cəhd yalnız "bu dəfə mütləq daha yüksək bal toplayacağam" ümidi deyil, strategiyanı yenidən qiymətləndirmək imkanı olmalıdır".

DİM sədri qeyd edib ki, boş qalan yerlər üzrə seçim mərhələsində sistem abituriyentlərə daha geniş imkanlar yaradır. Belə ki, abituriyent eyni elektron ərizədə həm ali təhsil müəssisələrinin boş qalan yerlərini, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını göstərə bilər: ""Siyahıda 20-dək ixtisas kodu yazmaq mümkündür və onların ardıcıllığını abituriyent özü müəyyən edir. Yəni, məsələn, Bakıdakı bir kollec ixtisasını regiondakı ali məktəb ixtisasından əvvəl və ya əksinə yazmaq mümkündür – bu, abituriyentin seçimidir".

Bildirilib ki, müsabiqə iki fərqli seçim üzrə aparılır. Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul zamanı müvafiq qrup üzrə ümumi nəticə, yəni birinci və ikinci mərhələnin nəticələri nəzərə alınır. Orta ixtisas təhsili müəssisələrində isə müsabiqə yalnız birinci mərhələnin – buraxılış imtahanının ümumi balı əsasında aparılır: "Bu fərq çox vacibdir. Məsələn, III qrup üzrə blok imtahanında tələb olunan minimum nəticəni toplamayan abituriyent ali məktəbin həmin qrup üzrə müsabiqəsində iştirak etməyə bilər. Amma onun buraxılış imtahanında yüksək nəticəsi varsa, orta ixtisas təhsili müəssisələrinin bir çox ixtisasları üzrə kifayət qədər rəqabətqabiliyyətli ola bilər".

Məleykə Abbaszadə vurğulayıb ki, "Abituriyent" jurnalının 5-ci nömrəsində tam orta təhsil bazasında orta ixtisas təhsili üzrə təxminən 18,4 min plan yeri təqdim olunub.

İxtisaslar ali məktəblərdə qəbul edilən əsas istiqamətlərə məzmun baxımından şərti şəkildə uyğunlaşdırıldıqda, təxminən 5,7 min yerin (31%) II qrupa yaxın iqtisadiyyat, maliyyə, idarəetmə, turizm və logistika istiqamətlərinə, 5,1 min yerədək (28%) IV qrupa yaxın tibb, biologiya, aqrar və ekoloji istiqamətlərə, 4,8 minədək yerin (26%) I qrupa yaxın İT, texnika, energetika, nəqliyyat, rabitə və sənaye istiqamətlərinə aid olduğu bildirilib. Həmçinin 1,8 minədək yer (10%) III qrupa yaxın sosial, humanitar və pedaqoji istiqamətləri, təxminən 0,9 min yer (5%) isə V qrupa yaxın incəsənət, dizayn və qabiliyyət tələb edən istiqamətləri əhatə edir.

"Bu bölgü DİM-in rəsmi qrup təsnifatı deyil, ixtisasların məzmununa əsaslanan analitik müqayisədir. Bu rəqəmlər göstərir ki, orta ixtisas təhsili yalnız "ali məktəbə qəbul ola bilməyənlər üçün ehtiyat variant" deyil. Əksinə, burada iqtisadiyyat və idarəetmədən başlayaraq İT və texniki sahələrə, səhiyyə və aqrar istiqamətlərdən sosial və yaradıcı peşələrə qədər geniş seçim mövcuddur.

Kolleci bitirən subbakalavrların sonradan uyğun bakalavriat ixtisasları üzrə ali təhsilin bakalavriat səviyyəsində müsabiqə yolu ilə təhsillərini davam etdirmək hüququ da mövcuddur.

Ona görə də "mütləq ali məktəbə qəbul olmalıyam" düşüncəsi ilə təsadüfi ixtisas seçmək düzgün deyil. Bəzən yaxşı seçilmiş orta ixtisas təhsili proqramı insanın maraqlarına və gələcək peşəsinə uyğun olmayan ali məktəb ixtisasından daha doğru başlanğıc ola bilər", – DİM sədri əlavə edib.

Mənbə: apa.az 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Oxşar xəbərlər