Bakının Suraxanı rayonunda ölüm hadisəsi qeydə alınıb.
Bülbülə qəsəbə sakini, 1965-ci il təvəllüdlü Natiq Savalan oğlu Allahverdiyev yemək yeyərkən boğazında ət tikəsi qaldığı üçün boğulmağa başlayıb. O, nəfəs ala bilmək üçün bıçaqla boğazına xəsarət yetirib.
Ağır bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılan N.Allahverdiyev güclü qanaxma səbəbindən orada dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.