Astara rayonunun Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb. Bununla bağlı 19 dekabr tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri məqsədilə 800 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.