Sumqayıtda axtarışda olan şəxs saxlanılıb. Bu barədə 4 may tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan Emin Həsənov saxlanılıb.
Araşdırmalarla onun bir vətəndaşın bank hesabından 3 775 manat oğurlaması da müəyyən olunub.