Şahmat üzrə Avropa Çempionatında Azərbaycan məktəbliləri 5 medal qazanıb. Bu barədə dekabrın 14-də Şahmat Federasiyasından məlumat verilib.
13 yaşlı qızların yarışında Abdinova Nərmin 1.5:0.5 xal hesabı ilə rəqibi üzərində qələbə qazanaraq qızıl medalın sahibi olub. 15 yaşlı oğlanların qrupunda Talıbov Şiroğlan və 10 yaşlı oğlanların qrupunda Əhməd Xaqan gümüş medala layiq görülüblər.
11 və 10 yaşlı qızların yarışında mübarizə aparan şahmatçılardan Hüseynova Lalə və Vəliyeva Əsnad bürünc medal əldə ediblər.
Ümumilikdə final mərhələsində 9 şahmatçımız mübarizə aparıb. Oyunlar COVID-19 pandemiyası səbəbindən onlayn qaydada keçirilib. Çempionat iki mərhələ üzrə Tornelo oyun platformasında təşkil olunub.