Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Expo 2020 Dubai” sərgisində iştirak edib. Bu barədə 13 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Keçirilən sərgidə ölkəmizin aqrar imkanları nümayiş olunub. Həmçinin tədbir çərçivəsində Qarabağda həyata keçirilən “Ağıllı Kənd” layihəsi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi ilə bağlı videoçarxlar yayımlanıb.