Azərbaycanda 2021-ci ilin 11 ayı ərzində mobil rabitə xidmətlərindən 894 milyon manata yaxın gəlir əldə olunub. Bu haqda dekabrın 13-də Dövlət Statistika Komitəsinə istinadən Apa xəbər verib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 6,3% artıb.
Təkcə noyabr ayı üzrə 83,6 milyon manat gəlir qazanılıb. Bu isə oktyabr ayının gəliri ilə müqayisədə 3,1 milyon manat azdır.
Hesabat ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 2 milyard manatlıq xidmət göstərilib. Xidmətlərin 75%-i əhali tərəfindən istehlak olunub.