Azərbaycanda noyabr ayında gündəlik 708 min barel neft hasil olunub
Azərbaycanda 2021-ci ilin noyabr ayında günləlik 708,4 min barel neft hasil edilib. Bunun 83,1%-ni xam neft, 16,9%-ni isə kondensat təşkil edib. Bu barədə dekabrın 13-də Energetika Nazirliyinin saytında məlumat verilib.