İşğaldan azad edilmiş Ağdam şəhərində 118 saylı Ağdam şəhər seçki dairəsinin 57 saylı məntəqəsi yaradılıb və səsverməyə hazırlıq prosesi tam başa çatıb. Bu barədə Report 3 fevral tarixində xəbər verib.
Seçki məntəqəsinin sədri Arzu Rəhimovanın sözlərinə görə, 57 saylı məntəqə üzrə 1414 seçici qeydiyyata alınıb.
A.Rəhimova deyib ki, Ağdam Konfrans Mərkəzində yerləşən məntəqənin həyətində lövhə qoyulub, oraya prezidentliyə namizədlərin təşviqat plakatları vurulub.