İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.
Bu barədə İnsanoid agentliyə istinadən bu gün, 18 dekabr tarixində xəbər verir.
Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 22 piyada əleyhinə mina, 17 tank əleyhinə mina, 234 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
326,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.