2023-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 989 yeni iş yeri açılıb. Bu barədə 6 dekabr tarixində APA Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.
Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 79,2% artıb. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş rayonlarda 552 yeni iş yeri yaradılıb.
Qeyd edək ki, cari ilin ilk 9 ayı ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 515, Şuşada isə 262 yeni iş yeri açılıb.