"Azad olunmuş ərazilərdə 147 988 hektar sahə yüksək səviyyədə çirklənmiş ərazidir, 675 570 hektar sahə isə orta səviyyədə çirklənib. Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev deyib.
Bu barədə 4 dekabr tarixində Report məlumat verib.
Onun sözlərinə görə, 900-ə yaxın yaşayış məntəqəsi sökülərək daşınıb.