Azad olunan ərazilərdə 433 abidə monitorinq edilib. Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, bərpası və inkişafı Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bildirib.
Bu barədə 19 dekabr tarixində Report məlumat verib.
"Şuşada 200 abidə, Cəbrayılda 22 abidə, Füzulidə 51 abidə, Zəngilanda 15 abidə, Xocavənddə 46 abidə, Qubadlıda 35 abidə, Ağdamda 47 abidə, Tərtərdə 4 abidə, Laçında 10 abidə, Kəlbəcərdə 3 abidə monitorinq edilib", - o qeyd edib.