"Azərbaycan Hava Yolları" QSC (AZAL) Moldovanın paytaxtı Kişineu şəhərinə bilet satışına başlayıb. Bu barədə İnsanoid bu gün, 17 avqust tarixində AZAL-a istinadən xəbər verir.
Bu istiqamətdə sentyabrın 15-dən başlayacaq uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək.
Biletləri “Azərbaycan Hava Yolları”nın internet saytından ( www.azal.az), mobil əlavədən və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.