"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Pekin-Bakı marşrutu üzrə dekabrın 19-dan uçuşlara başlayır.
Bu barədə İnsanoid Azərbaycanın milli aviadaşıyıcısına istinadən bu gün, 10 oktyabr tarixində xəbər verir.
Bakıdan Pekinə və əks-istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.
Çinə hava yolu ilə səyahət etməzdən əvvəl sağlamlıq anketini doldurmaq və əldə olunan QR kodu mobil cihazda saxlamaq zəruridir. Bu QR kodun olması həm Bakıda, həm də Pekində uçuşa minmək üçün mütləq şərtdir.
AZAL-in bu və digər reyslərinə aviabiletləri rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.