Azərbaycan əhalisinin sayı açıqlanıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 15 dekabr tarixli hesabatında əks olunub.
Bu ilin noyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 172 823 nəfər təşkil edib.
Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6%, kənd əhalisinin xüsusi çəkisi 45,4%, kişilərin xüsusi çəkisi 49,8%, qadınların xüsusi çəkisi isə 50,2% olub.