Azərbaycan atıcıları Bakıda keçirilən dünya çempionatında qızıl və gümüş medal əldə ediblər.
Bu barədə İnsanoid bu gün, 24 avqust tarixində Azərbaycan Atıcılıq Federasiyasına istinadən xəbər verir.
Bu gün keçirilən qadınlar arasında 25 metr məsafəyə mərkəzə atəş tapançasından atış növündə Azərbaycan yığmasının iki üzvü uğur qazanıb.
Nigar Nəsirova qızıl, Nərminə Səmədova isə gümüş mükafata sahib çıxıb. Bürünc medalı isə Monqolustan təmsilçisi Xişiqderger Enxbat əldə edib.