Azərbaycanın yeniyetmə cüdoçusu Xədicə Qədəşova Dünya çempionatında qızıl medal qazanaraq ölkənin idman tarixinə düşüb.
Bu barədə İnsanoid bu gün, 25 avqust tarixində Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir.
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr arasında cüdo üzrə Dünya çempionatında 52 kiloqram çəkidə mübarizə aparan Xədicə Qədəşova finalda Fransa təmsilçisi Alisya Pulancı məğlub edərək qızıl medal qazanıb.
O, Azərbaycanın bütün yaş kateqoriyalarında dünya çempionatlarında bunu bacaran ilk qadın cüdoçudur.
Bundan başqa, ötən gün keçirilən yarışlarda oğlanlar arasında 60 kiloqram çəki dərəcəsində yarışan Məhəmməd Musayev və 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Əbil Yusubov gümüş medal qazanıblar.
[gallery link="file" columns="2" size="full" ids="127020,127021"]