Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə gümüş medal əldə edib. Bu barədə İnsanoid bu gün, 19 avqust tarixində Azərbaycan Cüdo Federasiyasına istinadən məlumat verir.
60 kiloqram çəki dərəcəsində çıxış edən Əhməd Yusifov finalda Ukrayna təmsilçisi Dilşot Xalmatova uduzub.