top
Azərbaycan demoqrafik böhranın astanasındadır?
14 iyul 2025, 05:46
- ↺ +

Azərbaycan demoqrafik böhranın astanasındadır?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Demoqrafik böhranın astanasında

100-cü ildə dünyanın əksər ölkələrinin əhali sayında artım deyil, azalma qeydə alınacaq. BMT Azərbaycan əhalisinin sayının 2100-cü ildə on milyondan 8,3 milyona enəcəyini proqnozlaşdırır.

Azərbaycanda əhalinin artım tempində müşahidə olunan zəifləmə son illərdə ciddi narahatlıq doğurmağa başlayıb. Artıq problemlər Milli Məclis səviyyəsində də gündəmə gətirilir. Parlament sədrinin birinci müavini Əli Əhmədov əhalinin artım tempində ciddi zəifləmənin olmasını ciddi problem kimi gündəmə gətirib. Bəs Azərbaycanda bu demoqrafik dəyişikliyin kökündə nə dayanır və ən əsası, qarşısı necə alına bilər?

20 il əvvəl başlayan azalma 

Coğrafiya institutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Etibar Bədəlov “Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycan demoqrafik böhranın astanasındadır: “1995-ci ildən 2004-cü ilə qədər ölkəmizdə doğum göstəricilərində ciddi azalma müşahidə olunub. Bu azalma əsasən Birinci Qarabağ müharibəsinin və həmin dövrdə yaşanan dərin iqtisadi böhranın nəticəsi idi. Ailələrin maddi vəziyyətinin pisləşməsi, sosial rifahın zəifləməsi doğum səviyyəsinə mənfi təsir göstərdi. Bu problemə cavab olaraq, 1999-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə demoqrafik siyasətə dair xüsusi dövlət proqramı qəbul olundu. Proqramın tətbiqi nəticəsində müəyyən müsbət irəliləyişlər müşahidə edildi. 2004-cü ildə demoqrafik siyasətə dair növbəti proqram hazırlandı, lakin bu sənəd faktiki olaraq icra olunmadı. Proqramın reallaşmaması nəticəsində onun gözlənilən təsirləri də baş vermədi. Bu gün də həmin proqramın yenilənməsi və tətbiqi aktual olaraq qalır. Əlbəttə, bu cür proqramlar əhalinin sosial rifahının yaxşılaşdırılması baxımından vacibdir. Qonşu ölkələrin əksəriyyətində demoqrafik inkişafı dəstəkləyən təşviq proqramları həyata keçirilir. Aydın görünür ki, 20 il əvvəl başlayan azalma prosesi bu gün demoqrafik böhran riskini daha da gücləndirib. Bu tendensiyanın davam etməsi gələcək üçün ciddi narahatlıq doğurur”.

“Ən yüksək doğum göstəricisi Yardımlı rayonundadır”

E.Bədəlovun sözlərinə görə, şəhər əhalisi üzrə doğum göstəricisi xeyli aşağı düşüb: “Əgər ölkə üzrə orta təbii artım göstəricisi hər min nəfərə beş nəfər təşkil edirsə, bu rəqəm şəhər əhalisi üçün 3,5-dir. Kənd əhalisi üzrə isə bu göstərici daha yüksəkdir - təxminən 6,5. Bu fərq kənd yerlərində mədəni və sosial inkişaf səviyyəsinin hələ tam formalaşmaması ilə əlaqədardır. Məsələn, Azərbaycanda ən yüksək doğum göstəricisi Yardımlı rayonundadır. Burada hər min nəfərə təbii artım 14-16 nəfər civarındadır, doğum göstəricisi isə 20-dən yuxarıdır. Bu, bölgədə çoxuşaqlı ailələrin nisbətən çox olması ilə bağlıdır. Rayon iqtisadi baxımdan zəif inkişaf etsə də, görünür ki, bir çox ailə uşaqlara verilən müavinətlə dolanır. Beş və daha çox uşağı olan ailələrə hər bir uşaq üçün dövlət tərəfindən müavinət ayrılır”.

10 milyondan 8,3 milyona...

Birləşmiş Millətlər Təşkilatının açıqladığı rəqəmlərə əsasən, 2100-cü ildə dünyanın əksər ölkələrinin əhali sayında artım deyil, azalma qeydə alınacaq. Əhalinin azalması əsasən inkişaf etmiş ölkələrin payına düşəcək. Azərbaycan da əhalisi azalan ölkələr sırasındadır. Təşkilat Azərbaycan əhalisinin sayının 2100-cü ildə on milyondan 8,3 milyona enəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Bu gün, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Bu gün, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Bu gün, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Bu gün, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Bu gün, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından altı il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Cəmiyyət
Dünən, 16:04

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

Siyasət
Dünən, 16:02

Hikmət Hacıyev: "İrana hücum edəcək İsrail qüvvələrinin ölkəmizdə olması ilə bağlı CNN-in xəbəri yalan idi"

Siyasət
Dünən, 15:36

Hikmət Hacıyev: "Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir"

Cəmiyyət
Dünən, 14:09

Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Cəmiyyət
Dünən, 14:04

Ceyhun Bayramov: "Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır"

Cəmiyyət
Dünən, 13:50

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Cəmiyyət
Dünən, 13:40

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Cəmiyyət
Dünən, 13:05

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib

İdman
Dünən, 13:01

"Qızıl top"-2026: Keyn Mbappe və Yamala qarşı – dünyanın ən yaxşı futbolçusu kim olacaq?

Cəmiyyət
Dünən, 12:54

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Siyasət
Dünən, 12:16

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Siyasət
Dünən, 11:25

Prezident İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Cəmiyyət
Dünən, 11:07

Azərbaycanlı məmur Everestə qalxıb

Cəmiyyət
Dünən, 10:53

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır

Cəmiyyət
Dünən, 09:57

Vuçiç parlament seçkilərində tələbə hərəkatına məğlub olduğunu etiraf etdi

Cəmiyyət
Dünən, 09:52

Böyük Britaniyada fırtına nəticəsində iki nəfər ölüb, 90 min ev elektriksiz qalıb

Oxşar xəbərlər