Azərbaycan dili Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasında təhsil dillərindən biri olub.
Bu barədə İnsanoid bu gün, 4 avqust tarixində Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən məlumat verir.
BCF-nin Akademiyası və ACF arasında bu ilin may ayında əldə olunmuş razılığa əsasən, azərbaycanlı məşqçilərin Akademiyada öz dillərində təhsil ala bilməsi üçün bütün tədris və imtahan materialları Azərbaycan dilinə tərcümə olunub və təhsil platformasına yerləşdirilib.
Beləliklə, məşqçilərin beynəlxalq dərəcəli sertifikat əldə etmələri üçün platformanın ingilis, fransız, rus, türk, alman, ispan, ərəb dili kimi aparıcı dilləri ilə yanaşı, Azərbaycan dili də siyahıya əlavə edilib.
BCF-nin Akademiyasında təhsil cüdo idman növü üzrə beynəlxalq sertifikat təqdim edən və təhsil sahəsində liderlik edən bir sistemdir.