Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi ll MDB Oyunlarında bürünc medal əldə edib.
Bu barədə İnsanoid 5 avqust tarixində Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir.
Oyunlar Belarusun paytaxtı Minskdə keçirilib.
Azərbaycan millisinin üzvləri: Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova çoxnövçülük proqramında bürünc medal qazanıblar.