Azərbaycan millisi 20 yaşadək yunan-Roma güləşçiləri arasında keçirilən dünya çempionatını 1 gümüş, 1 bürünc medalla başa vurub.
Bu barədə İnsanoid bu gün, 21 avqust tarixində Report-a istinadən məlumat verir.
Yarışın son günündə 60 kiloqram çəki dərəcəsində yarışan İlkin Qurbanov 3-cü yeri tutub.
O, təsəlliverici görüşdə ispaniyalı Qorka Qarixoya tam üstünlüklə (11:2) qalib gəlib. Eyni zamanda güləşçimiz gürcüstanlı Anri Xozrevanidze (4:2) və qırğızıstanlı Emirlan Duişenaliyevi (3:1) üstələyərək, çempionatın bürünc medalını əldə edib.
Daha əvvəl 55 kiloqram çəki dərəcəsində yarışan Fərid Sadıxlı gümüş medal qazanıb.
Dünya Çempionatı İordaniyanın paytaxtı Ammanda keçirilib.