Azərbaycan İssık-Kulda beşulduzlu hotelin tikintisinə başlayıb. Bu barədə 18 oktyabr tarixində AZƏRTAC məlumat yayıb.
Obyekt Kara-Oy kəndindəki Qırğızıstanın Azərbaycana uzunmüddətli icarəyə verdiyi 17 hektar torpaq sahəsində yerləşəcək. 12 hektar ərazinin abadlaşdırılması, 4 hektar sahədə park salınması, daha bir hektarda isə çimərlik sahəsinin salınması nəzərdə tutulur.
Azərbaycan tərəfi hoteli üç il ərzində tikməyi öhdəsinə götürür.