Azərbaycan Ordusunun mövqeləri Kəlbəcər istiqamətində atəşə məruz qalıb. Bu barədə İnsanoid Müdafiə Nazirliyinə istinadən bu gün, 22 iyun tarixində məlumat verir.
İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.