Azərbaycan parataekvondoçusu dünya açıq parataekvondo turnirində qızıl medal qazanıb.
Bu barədə İnsanoid bu gün, 21 avqust tarixində Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
70 kq çəki dərəcəsində çıxış edən İmaməddin Xəlilov bütün rəqiblərini qabaqlayaraq, qızıl medala layiq görülüb.
Turnir Koreyanın Çunçeon şəhərində keçirilib.