Azərbaycan paraüzgüçüsü Roman Salei İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Bu barədə İnsanoid 3 avqust tarixində Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən məlumat verir.
Üçqat paralimpiya çempionu 50 metr məsafəyə sərbəst üzməkdə 24.40 saniyə nəticə göstərərək üçüncü yeri tutub.
Qeyd edək ki, Roman Salei daha əvvəl 100 metr məsafəyə arxası üstə üzməkdə gümüş, eyni məsafəyə butterflyay üsulunda üzməkdə isə bürünc medal əldə edib.